Gənclər üçün İdeya Akademiyası növbəti mərhələyə start verdi
23 oktyabr 2012 13:42 (UTC +04:00)

Gənclər üçün İdeya Akademiyası növbəti mərhələyə start verdi

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərinin İdeya Akademiyası” layihəsinin növbəti mərhələsinə start verib.

Bu mərhələdə region gənclərinin ideya yarmarkalarının keçirilməsi və digər praktiki fəaliyyətlər nəzərdə tutulur. Yarmarkalarda gənclərin hazırladıqları ideyaların ekspert komissiyası tərəfindən dəyərləndirilməsi və ən yaxşılarının mükafatlandırılması nəzərdə tutulur. Mükafatlandırılacaq ideyalara Mərkəz tərəfindən texniki və təşkilati dəstək veriləcək.

Qeyd edək ki, Azərbaycanın ucqar regionlarından olan gənclərin təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verilməsini nəzərdə tutan layihə Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar