Azərbaycan və Türkiyə sosial qanunvericilik sahəsində əməkdaşlıq edəcək
23 oktyabr 2012 11:45 (UTC +04:00)

Azərbaycan və Türkiyə sosial qanunvericilik sahəsində əməkdaşlıq edəcək

Lent.az-ın verdiyi məlumata görə, səfər Türkdilli Ölkələrin Parlament Assambleyasının dəstəyi ilə qarşılıqlı təcrübə mübadiləsi proqramı çərçivəsində reallaşdırılıb.

Səfər zamanı Milli Məclisin əməkdaşları Aytac Mehdyeva, Məşhəmməd Bazıqov, Elşən Cəfərov, Arzu İsgəndərov və Cavid Əliyev Türkiyə Sosial Müdafiə Fondunda da olublar.
Milli Məclisin əməkdaşları ilk öncə 15-16 oktyabr tarixlərində TBMM Apartının baş katibi İrfan Neziroğlu, onun müavinləri Muhammed Bozdağ və Haydar Ciftçi, Beynəlxalq əlaqələr və protokol şöbəsi müdirinin müavini İzzet Eroğlu və digər şəxslərlə görüşüblər. Görüşlər zamanı hər iki dost və qardaş ölkənin digər sahələrdə olduğu kimi qanun yaradıcılığı prosesində də əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, gələcəkdə bu istiqamətdə işlər daha da sürətləndirilməlidir. Bu müzakirələr zamanı xüsusi ilə sosial qanunvericilik sahəsində əməkdaşlığın vacibliyi önə çəkilib.

Türkiyə Sosial Müdafiə Fondunda 17-19 oktyabr tarixlərində Fondun sağlıq sığortası şöbəsi, pensiya xidmətləri şöbəsi, sığorta ödəmələri və sosial xidmətlər şöbəsinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə hər iki ölkənin sosial qanunvericilik sahəsində hazırlanan qanunlar, aparılan islahatlarla bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar