Hərbi Dəniz Qüvvələrinə yeni komandan  təyin edildi
18 dekabr 2024 14:46 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.

Lent.az “Bakupost.az”a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.

Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. 12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar