Strasburqda erməni vəhşiliyinə etiraz
Fransadakı Azərbaycan diasporu 16 mart 2011-ci il tarixində Strasburq şəhərində Avropa Şurasının binası qarşısında Ağdam rayonu orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Strasburq Azərbaycan Evi” cəmiyyətinin təşkil etdiyi aksiyada “Ermənistan təcavüzünə son!”, “Uşaqların qatillərinə ar olsun!”, “Genosidə son!” şüarları səsləndirilib.
Qətlə yetirilən Fariz Bədəlovun şəkli ilə yanaşı, erməni faşizminin təməlini qoyan və onu davam etdirən Zori Balayan, Robert Köçəryan və Serj Sərkisyanın şəkilləri aksiya iştirakçıları tərəfindən nümayiş etdirilərək “Uşaqların qatillərinə ar olsun!” şüarı səsləndirilib.
Nümayişçilər 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylayıblar. Bəyanat və Fariz Bədəlovun şəkli zərf içində Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya, Avropa Şurasının Baş katibinə, Avropa Şurasının İnsan Haqları üzrə komissarına, Ailə və uşaqlarla bağlı komissiya sədrinə, Nazirlər Komitəsinin sədrinə verilib.
Bəyanat və Fariz Bədəlovun şəkli Avropa Şurası və Avropa Birliyinin deputatlarının elektron ünvanlarına da göndərilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29