Yay istisində ən təravətləndirici içkilərdən biri – soyuq çaydır.
Lent.az xarici mediaya istinadla bildirir ki, lakin bu içkinin faydaları və mənfi cəhətləri barədə məlumatlı olmaq vacibdir.
Çayın əsas faydaları
Dietoloq Treysi Olqiti Genslerin sözlərinə görə, çay təravətləndirici bir içkidir.
"O, ləzzətlidir, şəkər, natrium və yağ ehtiva etmir, həm də kalorili deyil".
Bədəndə su balansı (hidratasiya)
Qeydiyyatdan keçmiş dietoloq Qreys A. Deroça bildirir ki, kofeinli çay bədəni hidratasiya edir, yəni orqanizmi lazım olan maye ilə təmin edir.
“Çayın isti və ya soyuq olması fərq etməz – o, dadlı və sulu alternativ olaraq suyun yerini qismən doldura bilər".
Nə qədər çay içmək olar?
Çay əsasən sudan ibarət olduğu üçün orqanizmin su ehtiyacını qarşılamağa kömək edir. Amma onu suyun yerinə tam qoymaq olmaz.
Deroçaya görə, gündə 2–4 fincan şəkərsiz çay içmək əksər insanlar üçün təhlükəsiz və faydalıdır.
Dietoloq Gensler isə əlavə edir:
“Bədəndə suyun kifayət qədər olması qan həcminin sabit saxlanması, maddələr mübadiləsinin məhsullarının daşınması, qida maddələrinin ötürülməsi və biokimyəvi reaksiyalar üçün vacibdir".
Yaşıl çayın faydaları
Yaşıl çay ən çox antioksidant ehtiva edən çay növüdür.
“Yaşıl çayda EGCG (epiqallokatexin qalat) adlı güclü flavonoid var. Bu maddə iltihabı azaldır, ürək-damar xəstəlikləri və tip 2 diabet riskini azalda bilər".
Qara çay da faydalıdır
Qara çayda katexinlər az olsa da, flavonoidlər boldur və bu maddələr damar sağlamlığına, təzyiqin normada saxlanmasına müsbət təsir göstərir.
Bitki çayları haqqında nə demək olar?
Deroçanın sözlərinə görə:, soyuq bitki çayları – kofeinsiz, sakitləşdirici və yay günləri üçün ideal hidratasiya seçimidir.
"Məsələn, hibiskus (qızılgül çayı) ürək sağlamlığı üçün faydalı sayılır, çobanyastığı isə stres, iltihab, mədə pozğunluqları və digər problemləri yüngülləşdirir".
Çay eksperti Sintiya Fazekas isə vurğulayır:
“Çobanyastığı flavonoidlərlə zəngindir və orqanizmə bir çox cəhətdən kömək edir".
Soyuq çay və ya isti – hansını seçmək daha yaxşıdır?
Mütəxəssislərin fikrincə, çayın temperaturu fərq etmir – faydaları eynidir.
“Əsas məsələ – çayın necə hazırlandığıdır. Əgər o, təzə dəmlənmiş və şəkərsizdirsə, istər isti, istərsə də soyuq halda bütün faydalarını saxlayır".
Soyuq çay içərkən nəyə diqqət etməli?
Bəzi çaylarda kofein var və bu, həddindən artıq qəbul edildikdə yuxusuzluq, ürəkdöyünmə və həzm pozğunluqlarına səbəb ola bilər. Qara çaylarda rast gəlinən bəzi maddələr isə böyrəklərə təsir göstərə bilər.
Deroça məsləhət görür
“Əgər böyrək və ya digər xroniki xəstəlikləriniz varsa, çayla bağlı həkiminizlə məsləhətləşin".