Sabah üçün  maqnit qasırğası   XƏBƏRDARLIĞI
03 yanvar 2023 20:15 (UTC +04:00)

Sabah üçün maqnit qasırğası XƏBƏRDARLIĞI

Yer kürəsini 2023-cü ildə ilk maqnit qasırğası bürüyəcək. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qasırğa yanvarın 4-ü proqnozlaşdırılır və ekspertlərin dediyi kimi, zəif olacaq - G1 kateqoriyasında. Bu barədə kosmosdakı hava vəziyyətini izləyən “Spaceweather” saytı məlumat yayıb.

Eyni zamanda, “Gismeteo” saytında bu fenomen yanvarın 5-i günü proqnozlaşdırılır. Yanvarın 4, 6 və 7-də isə geomaqnit sahəsinin cüzi pozuntuları gözlənilir.

Bildiyiniz kimi, maqnit qasırğaları Yerin geomaqnit sahəsinin pozulmasıdır. Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları onları təhrik edir.

Bu cür hadisələr baş ağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, ürək ağrısı, yüksək və ya aşağı qan təzyiqi, xroniki xəstəliklərin kəskinləşməsi, yorğunluq və yuxululuq, əsəbiliyin artmasına səbəb olur.

Ekspertlər maqnit qasırğasının fəsadlarından daha asan yayınmağınıza kömək edəcək məsləhətlər veriblər:

• Daha az əsəbi olmaq və stress mənbələrindən qaçmaq;

• Qəhvə, enerji içkiləri, spirtli içkilər və qazlı içkilərdən imtina edin, əvəzinə bitki çayları içmək;

• Yağlı, qızardılmış, ədviyyatlı və qeyri-təbii qidaların istehlakını məhdudlaşdırın;

• Açıq havada daha çox vaxt keçirmək;

• Otağı mütəmadi olaraq havalandırın;

• Yatmazdan əvvəl kontrastlı duş qəbul edin;

• Eyni vaxtda yatın, gecə ən azı yeddi saat yatmağa çalışın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Oxşar yazılar