Zümrüd Yağmur axtarışa verildi
27 noyabr 2024 11:51 (UTC +04:00)

Zümrüd Yağmur axtarışa verildi

Hüquq müdafiəçisi, yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.

Lent.az xəbər verir ki, bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, xüsusi ittihamçı Ağayeva Sürəyya İsrafil qızı Abıyeva Zümrüd İsrafil qızına qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin o, 05 noyabr 2024-cü il tarixə, saat 16:00-a tarixə təyin olunmuş məhkəmə baxış iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməyib. Onun Türkiyədə olduğu bildirilir. 

Sonra barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs Zümrüd Abıyevanın növbəti məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə olunub. Lakin onun ölkə xaricində olduğu üçün barəsində axtarış qərarı çıxarılıb. Buna görə işin icraatı dayandırılıb.

Xatırladaq ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra onun xalası Sürəyyanın oğlu Əsgər Ağazada zorlama ittihamı ilə həbs edilib və 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib.

Zümrüd Yağmur daha əvvəl keçmiş əri, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə aralarındakı qalmaqallarla da gündəmə gəlmişdi.

Qeyd edək ki, bu barədə ilk xəbəri "pravda.az" saytı yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar