"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə komandasını tərk edə bilər.
Lent.az xəbər verir ki, "Barselona" norveçlinin xidmətlərində fəal şəkildə maraqlanır.
Kataloniya klubu Haalandı 2026-cı ildən tez almaq istəmir. O zamanadək isə Robert Levandovski komandadan ayrılacaq.
Cari mövsümdə Erlinq "Mançester Siti"nin heyətində bütün yarışlarda 17 oyun keçirib və 15 qol vurub.