Qocalmanı sürətləndirən və ömrü qısaldan  içki
27 noyabr 2024 11:45 (UTC +04:00)

Qocalmanı sürətləndirən və ömrü qısaldan içki

Alimlər sübut ediblər ki, spirtli içkilərin müntəzəm istifadəsi, hətta normada olsa belə, orqanizmə böyük ziyan vurur.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, ekspertlər xatırladır ki, alkoqol asılılıq yarada bilən zəhərli, psixoaktiv maddədir. Onilliklər əvvəl Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi onu 1-ci qrup kanserogen, yəni asbest, radiasiya və tütün də daxil olmaqla ən yüksək risk adlandırıb.

Yeni araşdırma göstərib ki, nə qədər az içsən belə, spirt yenə də orqanizmə zərər verir. İnsan nə qədər çox içirsə, nəticələri bir o qədər fəlakətlidir. Alimlər 5 milyona yaxın insanın iştirak etdiyi 100-dən çox əvvəlki tədqiqatın nəticələrini birləşdirib. Alimlər belə qənaətə gəliblər ki, müntəzəm spirtli içki qəbulu, hətta orta dozada belə, ömrün müddətini kəskin şəkildə azaldır.

Nəticələr göstərib ki, ən azı 25 qram spirtli içki qəbul edən insanların alkoqolla əlaqəli xəstəliklərdən ölmək riski var. Bir şəxs 45 qram içsə, risk artır.

Qeyd etmək lazımdır ki, əksər ölkələrdə standart içkinin tərkibində təxminən 14 qram və ya daha az spirt olur. Yəni 25 qram təxminən iki şüşə spirtli içkidir.

Araşdırma həmçinin göstərib ki, 50 yaşdan aşağı olan və ara-sıra içki içən və 10 il alimlərin nəzarəti altında olan iştirakçıların ölüm riski daha çoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar