Avstraliyada cütlük Sidney çimərliyində onlarla şahidin gözü qarşısında cinsi əlaqədə olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, axşam saat doqquz radələrində qumda uzanan sevgililər istirahət edənlərin diqqətinə düşüb. Hadisə şahidlərindən biri baş verənləri mobil telefon kamerasına çəkib. Kadrlarda cütlüyün çimərlikdə cinsi əlaqədə olduğu görünür. Daha sonra iki kişi nə baş verdiyini öyrənmək üçün sevgililərə yaxınlaşır.
Başqa bir kişi isə eyni çimərlikdə oxşar mənzərəni ilk dəfə görmədiyini söyləyib. Bununla belə, əyalət polisi ictimai asayişlə bağlı heç bir şikayət daxil olmadığını bildirib.
Qeyd olunur ki, ictimai yerdə nalayiq ifşa olunduqları üçün cütlük altı aya qədər həbs və 1,1 min Avstraliya dolları məbləğində cərimələnə bilər.