Müdafiə naziri korrupsiyada  ittiham olunur
27 noyabr 2024 13:16 (UTC +04:00)

Müdafiə naziri korrupsiyada ittiham olunur

Keçən ilin dekabrında vəzifəyə təyin edilmiş Çinin müdafiə naziri Dong Jun Çin Xalq Azadlıq Ordusunda korrupsiya ilə bağlı geniş miqyaslı təhqiqatın bir hissəsi kimi araşdırılır. Bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən yazır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ordu rəhbərliyinə qarşı bir sıra araşdırmalar aparır. Lakin Dong Jiong-a qarşı hansı növ korrupsiya ittihamlarının irəli sürüldüyü məlum deyil.

Vurğulanır ki, Jiong artıq Çin Müdafiə Nazirliyinin korrupsiya şübhəsi ilə araşdırılan üçüncü rəhbəridir. O, bu vəzifədə vəzifəsinin icrasına başladıqdan 7 ay sonra istefaya göndərilən general Li Şanfunu əvəz edib. İşdən çıxarılmazdan əvvəl Li Şanfunun rüşvətxorluğa görə istintaqa cəlb edildiyi yazılıb.

Mediaya danışan ABŞ hərbi zabitləri və rəsmiləri bildiriblər ki, Çin hərbi rəhbərliyi ilə bağlı aparılan araşdırmalar Si Cinpinin orduya olan inamını sarsıdıb. Pekinin 2027-ci ilə qədər Tayvanı işğal etmək qabiliyyətini yarada biləcəyi ilə bağlı suallar doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar