Arvadını və yeni doğulan qızını öldürüb özünü asdı
27 noyabr 2024 14:34 (UTC +04:00)

Arvadını və yeni doğulan qızını öldürüb özünü asdı

Özbəkistanda kişi həyat yoldaşını və yeni doğulmuş uşağını qətlə yetirdikdən sonra özünü asıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə noyabrın 24-də Kaşkədərya vilayəti, Kitab rayonunun Aksuv məhəlləsində baş verib.

Rayon Baş Prokurorluğu saat 13 radələrində 26 yaşlı kişinin 28 yaşlı arvadını və yeni doğulmuş qızını mətbəx bıçağı ilə qətlə yetirdiyini təsdiqləyib.

Cinayətə səbəb onun psixi vəziyyətinin dəyişməsi olub. Adam qətli törətdikdən sonra özünü asıb.

Prokurorluq Cinayət Məcəlləsinin 97-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açıb. Məlum olub ki, gənc oğlan 2006-cı ildən rayon psixiatriya xəstəxanasında qeydiyyatdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar