London “Arsenal”ının və Turin “Yuventus”unun keçmiş hücumçusu danimarkalı Niklas Bendtner Nyu-York (ABŞ) küçələrində silahlı hücuma məruz qalıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Danimarka millisinin keçmiş futbolçusu başqa bir keçmiş futbolçu ilə birlikdə şəhərdə gəzərkən onlara bıçaqlı bir şəxs hücum edib. Bendtnerin dostu üz və qulağından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs daha sonra həbs edilib və adam öldürməyə cəhd və hücumda ittiham olunub. Hücum edən şəxsin psixi pozğunluqlardan əziyyət çəkdiyi və uzun müddətdir ki, cinayət keçmişi olduğu məlum olub.
Bendtner 2020-ci ilin yanvarında karyerasını bitirib. Futbolçu Londonun “Arsenal”, “Yuventus” və “Volfsburq” komandalarında çıxışı ilə tanınır. Niklas 2006-2018-ci illərdə Danimarka millisində də çıxış edib. 36 yaşlı danimarkalı hücumçunun son klubu "Kopenhagen" olub.