"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola əsas oyunçuların zədələrini əsas gətirərək, məğlubiyyət seriyası haqda danışıb.
Xatırladaq ki, “Mançester Siti” 5 məğlubiyyət ardıcıllığını davam etdirir. “Şəhərlilər” sonuncu dəfə oktyabrın 26-da İngiltərə çempionatında "Sauthempton"la oyunda (1:0) qələbə qazanıb. Bundan sonra "Mançester Siti" Liqa Kubokunun 2-ci final oyununda "Tottenhem"ə 1:2 hesabı ilə uduzub.
Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunun oyununda "Sportinq"ə uduzub (1:4). “Şəhərlilər” Premyer Liqada da üç oyunda məğlub olub.
“Oyunçularımı geri qaytarın! Dörd mərkəz müdafiəçisi, iki yarımmüdafiəçi, bir yarımmüdafiəçi və bütün mövsüm ərzində itirdiyimiz dünyanın ən yaxşı oyunçusu Rodrisiz oynamaq çətindir. Oyunçularımı geri qaytarın və siz “Mançester Siti” görəcəksiniz!” – Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə. Qvardiola söyləyib.
“Mançester Siti” sonuncu dəfə 2006-cı ilin aprelində ardıcıl 5 məğlubiyyət almışdı.
“Qızıl top”un qalibi Rodrinin sentyabr ayında çarpaz bağının yırtılması onu bu mövsümün qalan hissəsini buraxmağa məcbur edib. Rodri keçən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 9 qol vurub və 14 məhsuldar ötürmə edib. "Şəhərlilər"lə birlikdə dördüncü dəfə İngiltərə çempionu olub.
Noyabrın 26-da Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun oyununda "Mançester Siti" öz stadionunda "Feyenoord"u qəbul edəcək.