Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.