Bakıda bu qız yenə YOXA ÇIXDI
26 noyabr 2024 12:22 (UTC +04:00)

Bakıda bu qız yenə YOXA ÇIXDI

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 21 yaşlı Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli və gözləri qəhvəyidir.

Onu görən və ya harada olduğunu bilən şəxslərdən DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə, 
(+994 12) 590-72-03; 
(+994 12) 456-03-02; 
(+994 51) 571-03-11; 
(+994 55) 211-81-74;
 (+994 50) 222-82-80 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar