Polis İdarəsinin rəisi  rüşvət alarkən saxlanıldı
26 noyabr 2024 14:32 (UTC +04:00)

Polis İdarəsinin rəisi rüşvət alarkən saxlanıldı

Qazaxıstanın Qızılorda vilayətində yüksək rütbəli polis əməkdaşı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, rayon polis idarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi həbs edilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq üçün 2 milyon təngə (təxminən 6812 manat) məbləğində rüşvət alarkən saxlanılıb.

Qızılorda vilayəti DP-nin mətbuat xidməti faktı təsdiqləyib.

MTN-in Daxili İşlər İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz hərəkətlərə yol verdiyinə görə o saxlanılıb və neqativ səbəblərə görə daxili işlər orqanlarından xaric edilib.

Polis həmçinin qeyd edib ki, Qızılorda Vilayəti Polis İdarəsi polis əməkdaşları arasında hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün sistemli şəkildə tədbirlər keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar