“Azərbaycan Sənaye Sığorta” ASC-dən növbəti rekord sığorta ödənişi: 900 000 ABŞ DOLLARI
26 noyabr 2024 15:04 (UTC +04:00)

“Azərbaycan Sənaye Sığorta” ASC-dən növbəti rekord sığorta ödənişi: 900 000 ABŞ DOLLARI

“Azərbaycan Sənaye Sığorta” ASC yük sığortası sahəsində ölkə tarixinin ən böyük sığorta ödənişini həyata keçirib.

Lent.az xəbər verir ki, 03 oktyabr 2024-cü il tarixində, İstanbulda meydana gələn gəmi toqquşması qəzası ilə əlaqədar Azərbaycan Sənaye Sığorta Şirkəti ölkəmizin sığorta tarixinin ən böyük yük sığortası ödənişini həyata keçirmişdir.

Bosfor Boğazında  80 metr uzunluğunda “AYED 1” yük gəmisi ilə 180 metr uzunluğa malik “BUNUN ACE” yük gəmisi toqquşmuş, qəza nəticəsində sahilə istiqamətlənmiş gəminin içində yer alan yük Azərbaycan Sənaye Sığorta Şirkətinin təminatı altında olmuşdur. Hadisə nəticəsində tələb edilən təqribən 900 000 ABŞ dolları sığorta ödənişi şirkət tərfindən 15 gün ərzində tam şəkildə həyata keçirilmişdir.

Yük sığortası üzrə bu miqyasda sığorta ödənişi Azərbaycanın sığorta tarixində bir ilkdir və rekord hesab olunur. Risklərin etibarlı şəkildə idarə olunması və maliyyə dayanıqlığının qorunması nəticəsində, bu ödəniş Şirkətin maliyyə sabitliyinə heç bir mənfi təsir göstərməmişdir.

“Azərbaycan Sənaye Sığorta” ASC bu hadisədən əvvəl də ölkəmizin sığorta tarixində ən böyük İnşaat-montaj sığortası hadisəsi üzrə təqribən 5 000 000 manat və  ən böyük yanğın sığortası hadisəsi üzrə isə 25 000 000 manat sığorta ödənişləri ilə yadda qalmışdır.

1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 000 000 manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin təsisçilərindən, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatların üzvü olan Şirkət fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar