Həkimlər səhvən onun öldüyünü elan ediblər.
Hindistandan olan 25 yaşlı Rohitaşa Kumar dövlət xəstəxanasında həkimlər tərəfindən öldüyü elan edilsə də, kremasiyadan az əvvəl onda həyat əlamətləri görünüb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, möcüzəvi dirilmə ilə bağlı araşdırmanın ilk mərhələsində məlum olub ki, həkimlər Kumarın ölümünü xroniki obstruktiv ağciyər xəstəliyi və vərəm nəticəsində yaranan tənəffüs çatışmazlığı elan ediblər. Bu, məlum olduğu kimi, yalnız kağız üzərində aparılan yarılmadan sonra aydın olub.
Ölümündən 4 saat sonra Kumarı krematoriuma aparılıb və yandırılmadan əvvəl dirilib. O, təcili xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib və kişi tezliklə orada dünyasını dəyişib.
Hazırda istintaq davam edir. Artıq Səhiyyə Departamenti xəstəxananın baş həkimini və daha iki həkimi vəziyyət aydınlaşana qədər işdən uzaqlaşdırıb.