Zəhərli hobbi:  Floridada bir ailə 200-ə yaxın ilanla bir evdə yaşayır
25 noyabr 2024 13:52 (UTC +04:00)

Zəhərli hobbi: Floridada bir ailə 200-ə yaxın ilanla bir evdə yaşayır

Floridadan (ABŞ) bir ailə iki uşaq və iki yüzə yaxın ilan olan evdə yaşayır. 

Lent.az-ın məlumatına görə, ata Sokratis Kristofor, hələ altı yaşında ikən sürünənləri, o cümlədən zəhərli misbaş ilanları tutmağa başladığını söyləyib. Zamanla o, ehtirasını doqquz yaşlı qızı Ariana və beş yaşlı oğlu Maksimusa ötürüb.

İndi ailə evinin qarajı “serpentarium”unda pitonlar və iki zəhərli növ də daxil olmaqla 200 ilan yaşayır. Sokratis, bütün sürünənlərə qanuni olaraq sahib olduqlarını və onlara lazımi qaydada baxıldığını söyləyib. Bunun üçün ailə bir neçə ayda 1000 dollardan ( 100 min rubl) çox pul xərcləyir.

Sokratisin sözlərinə görə, xüsusilə 9 yaşlı Ariana ilanları çox sevir. Onun otağında hər zaman 30 ilan olur və o, layihələrdə iştirak etmək üçün tez-tez ev heyvanlarını məktəbə gətirir. 

O bildirib ki, bu ailəsi üçün çox normaldır: “Uşaqlar ilanlardan qətiyyən qorxmurlar, sadəcə olaraq onlarla maraqlanırlar və bizim bəxtimiz gətirib ki, biz bir ailə olaraq sürünənlərə olan bu sevgini bölüşürük”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Ləman Sərraf

Oxşar yazılar