Leysan yağıb, duman çöküb - GÜNÜN HAVASI
07 sentyabr 2025 10:48 (UTC +04:00)

Leysan yağıb, duman çöküb - GÜNÜN HAVASI

0

Sentyabrın 7-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir,

Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar