Faciə sentyabrın 7-də Kotayk vilayətində baş verib.
Lent.az-ın Ermənistan mediasına istinadla xəbərinə görə, yerli vaxtla 13:50-d Abovyan şəhərinin Ais küçəsində yerləşən fast food restoranında iki vətəndaşın özünü asması barədə polisə əməliyyat məlumatı daxil olub.
Hazırda patrul əməkdaşları ərazini mühasirəyə alıblar və həyəcan siqnalı ilə gələn xilasedicilər və Abovyan yanğınsöndürənləri restoranın qapısını açmağa çalışırlar. İlkin məlumata görə, iki nəfər içəridə özünü asıb. Onlar qardaşdırlar.
Hadisə ilə bağlı Abovyan İstintaq İdarəsində cinayət işi açılıb; ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.