İnternetdə “Samsung Galaxy S25 Ultra” smartfonunun maketinin fotoşəkilləri peyda olub, onların əsasında Koreya şirkətinin gələcək flaqmanının dizaynı haqqında təsəvvür əldə etmək olar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fotoları X sosial şəbəkəsində OnLeaks ləqəbi ilə tanınan tanınmış insayder Stiv Hemmerstoffer yayıb.
Foto ən keyfiyyətli deyil və ekran çərçivəsi haqqında nəsə demək çətindir, lakin insayderlər əvvəllər onun daha kiçik olacağını bildirmişdilər.
Galaxy S25 seriyasının rəsmi premyerası 2025-ci ilin yanvarında gözlənilir. Məşhur insayder Ice Universe görə, seriyanın bütün modelləri Qualcomm Snapdragon 8 Elite tək çip sistemi üzərində qurulacaq.
Stiv Hemmerstoffer əvvəllər müxtəlif smartfonların, o cümlədən “Samsung Galaxy S21”, “Huawei Mate 40”, “Pixel 5”, “Sony Xperia XZ4”, “Google Pixel 4 XL” və digərlərinin renderlərini dərc edib.