Məhkəməsinə tapança ilə  gəldi
26 noyabr 2024 17:21 (UTC +04:00)

Məhkəməsinə tapança ilə gəldi

Tatarıstanın Yarçallı şəhərində bir kişi özünün Tukaevski rayon Məhkəməsində baş tutacaq məhkəməsinə tapança ilə gəlib. Məhkəmə icraçıları axtarış zamanı onun üzərindən silah tapıblar.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, icraçılar qeyd ediblər ki, həmin şəxs təcavüzə görə inzibati iş üzrə təqsirləndirilən şəxs olub.

Baş İdarənin əməkdaşları məhkəmə iclasına gedən şəxsə baxış keçiriblər. Onun üzərindən MP-79-9TM markalı travmatik tapança və patronlar olan qabıq aşkar edilib.

Həmin şəxsin yanında silah gəzdirməyə icazə verən hər hansı sənədin olmadığı bildirilir. Nəticədə məhkəmə icraçıları onu saxlayaraq silahla birgə polisə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar