Rusiyanın Yekaterinburq şəhərində xeyriyyə fondunda yaşayan 6 aylıq körpə qızdırma dərmanı içəndən sonra ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın uşağı ilə birlikdə müəssisəyə təxminən bir həftə əvvəl köçüb. Bir müddət sonra oğlan xəstələnib. Uşaqda qızdırma, qusma və ishal yaranıb.
Məlumata görə, ana oğlunu təkbaşına müalicə etməyə başlayıb. Bunun üçün körpəyə qızdırma salan dərman içizdirib. Lakin səhər beşikdəki uşağı yoxlayarkən onun nəfəs almadığını görüb.
Uşağı xilas etmək mümkün olmayıb. Müstəntiqlər hadisə ilə bağlı hələlik şərh verməyiblər.