Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi  - Krediti ödəmirlər
27 noyabr 2024 15:00 (UTC +04:00)

Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər

Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb kredit borcu ilə bağlıdır.

Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk hazırlıq iclası dekabrın 26-da saat 14:00-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar