Ad günündə saxlanıldı, şöbədə öldü
27 noyabr 2024 17:10 (UTC +04:00)

Ad günündə saxlanıldı, şöbədə öldü

Rusiyanın Moskva vilayətində saxlanılan şəxs polis şöbəsində ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə çərşənbə axşamı İvanteevka şəhərində baş verib.

31 yaşlı srxoş vətəndaş küçədə yıxılaraq xəstəxanaya çatdırılıb. Oradan qaçsa da, çox da uzaqda olmayan Mədəniyyət evinin binasında saxlanılıb. 

Polis bölməsində halı pisləşən şəxs dünyasını dəyişib. Onun ölüm səbəbi müəyyənləşdirilir.

Qeyd olunur ki, hadisə baş verən günü mərhumun doğum günü imiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar