“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş çərçivəsində noyabrın 26-da Azərbaycan vətəndaşı olan 37 nəfər Almaniyadan geri qəbul edilib.
Bu barədə Lent.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər keçirir.