Noyabrın 25-də Günəşdə qeydə alınan partlayış səbəbindən yaxın günlərdə
Yer kürəsində maqnit qasırğası gözlənilir.
Lent.az bildirir ki, bu barədə “The Watchers” xəbər verir.
Bildirilir ki, noyabrın 25-də planetimizə yönəlmiş Günəşdə tac kütləsinin atılması baş verib. Noyabrın 28-də Yerə çatacağı proqnozlaşdırılır.
NOAA Kosmik Hava Proqnozu Mərkəzi (SWPC) noyabrın 28-də kiçik G1 geomaqnit qasırğası və noyabrın 29-da mülayim G2 qasırğası proqnozlaşdırır.