Ağdaşda gənc qız qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Orta Ləki kəndində baş verib.
Kənd sakini 21 yaşlı N. Əzizova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıb.