Osmanlı dövlətinin süqutunun baiskarı: O, üç dəfə İstanbula dost səfəri edib - TARİX
27 noyabr 2024 20:15 (UTC +04:00)

Osmanlı dövlətinin süqutunun baiskarı: O, üç dəfə İstanbula dost səfəri edib - TARİX

600 ildən artıq bir dövrdə dünya xəritəsində mövcud olan Osmanlı İmperiyası tarixin ən uzunömürlü və geniş əraziyə malik dövlətlərindən biri hesab olunur. Mövcudluğunun son dövrlərində rəqiblərindən texnoloji baxımdan geri qalan və hərb meydanında ciddi məğlubiyyətlərlə üzləşən imperiya üçün sonuncu zərbə Birinci Dünya Müharibəsinə qoşulması oldu.

Müharibəyə hazır olmayan Osmanlı dövlətini bu müharibəyə sürükləyən və sonda süqutuna bilavasitə baiskar olan şəxs isə Almaniya imperatoru II Vilhelmdir.

Lent.az bu tarixi hadisəyə qısa nəzər salır.

19-cu əsrin əvvəllərində Osmanlı İmperiyası ciddi hərbi böhran yaşamağa başladı. 1833-cü ildə əlamətdar hadisə - Almaniya-Osmanlı hərbi əməkdaşlığına təkan verən səfər baş verdi. Sultan III Mahmud Helmut fon Moltkenin başçılıq etdiyi bir qrup alman hərbi mütəxəssisini İstanbula dəvət etdi. Bu andan etibarən Osmanlı ordusunda Almaniyaya meyllənmə başladı. Almanlar Osmanlı ordusunu yenidən təşkil etməyə və modernləşdirməyə başladılar, Osmanlı zabitləri Berlində təhsil almağa getdilər, bu da sonradan müntəzəm olaraq təlimə çevrildi.

Sultan II Əbdülhəmidin dövründə Almaniya Yaxın Şərqdəki müttəfiqinə daha çox diqqət yetirməyə başladı. Məsələ burasındadır ki, Afrikanın bölünməsinə gecikən almanlar itirilmiş vaxtın əvəzini çıxmaq üçün bütün gücü ilə çalışırdılar.

1882-ci ildə alman generalı fon der Qolts Osmanlı ordusunu modernləşdirmək və yenidən silahlandırmaq üçün Sultanın sərəncamına gəldi. Bu vaxt Almaniya taxtına çıxan imperator II Vilhelm Omsanlı İmperiyası ilə əlaqələrin daha da sıxlaşması üçün fəaliyyətə başladı. 1889-cu ildə o ilk dəfə İstanbula səfər etdi və Sulah Əbdülhəmidlə görüşdü. Həmin səfər 1890-cı ilin ən mühüm müqavilənin bağlanmasına töhfə verdi və bunun əsasında iki ölkənin qarşılıqlı iqtisadi əməkdaşlığı başladı. Sultan öz şəxsi maliyyəsini alman banklarına yerləşdirdi və alman hökuməti isə Osmanlı İmperiyasının Yaxın Şərq torpaqlarında dəmir yolu xətti çəkməklə infrastrukturuna investisiya qoymağa başladı. 1898-cu ildə yenidən İstanbula səfər edən II Vilhelm hərbi və siyasi əməkdaşlığın dərinləşməsinə nail oldu. 1903-cü ildə Bağdad dəmir yolu layihəsi həyata keçirilməyə başlandı. Həmin tarixi səfər zamanı Almaniya kayzeri Qüdsü ziyarət edir və müsəlmanlar üçün müqəddəs yerlərdə olur.

Osmanlı İmperiyası və Almaniya sıx inteqrasiya dövrünə qədəm qoyur, alman kreditləri Osmanlıya axır və eyni zamanda ilk türklər tütün sənayesində işləmək üçün Almaniyaya köçməyə başlayır. Osmanlı İmperiyasının hərbi modernləşdirilməsinin yeni mərhələsi alman generalı Otto Liman fon Sandersin Türkiyəyə ezam olunması və burda hərbi islahatlar aparması ilə davam edir. Osmanlı ordusu alman hərbi maşınının elementlərini götürür. Osmanlı İmperiyasının qaçmaq istədiyi, lakin bacarmadığı 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi iki ordunu “hərbi qardaşlıq bağları”na birləşdirdi. 1917-ci ildə İmperator II Vilhelm üçüncü dəfə müttəfiqini ziyarət edir və Osmanlı generalı formasını geyinir. Osmanlını müharibəyə sürükləyən II Vilhelm əslində bu addımı ilə həm Osmanlı İmperiyasının, həm Almaniya İmperiyasının, həm də digər müttəfiqi Avtriya-Macarıstan İmperiyasının dünya xəritəsindən silinəcəyini təsəvvür belə etmirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Vüqar İsmayılov

Oxşar yazılar