Bu mövsümün Bundesliqa lideri Münhenin “Bavariya” klubu Çempionlar Liqasında PSJ üzərində qazandığı uğurdan sonra qalibiyyət seriyasını yeddi oyuna çatdırıb.
Lent.az xəbər verir ki, noyabrın 27-nə keçən gecə Çempionlar Liqasının 5-ci turu çərçivəsində Vensan Kompaninin komandası evdə Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, Münhen superklubu bütün turnirlərdə ardıcıl 7 qələbə qazanaraq, rəqibinə 18 qol vuraraq, heç bir qol buraxmadan qalib gəlib.
Üstəlik, "Bavariya" Çempionlar Liqasının ilk mərhələsində ardıcıl 33 ev oyununda məğlub olmayıb, 31 qələbə və 2 heç-heçə əldə edib.
Münhen klubu 2009-2020-ci illər arasında qrup mərhələsində oxşar seriyaya imza atan "Barselona"nın rekordunu təkrarlayıb.
Bu arada "Bavariya"nın keçmiş hücumçusu Robert Levandovski hazırkı komandasının Çempionlar Liqası cədvəlində ikinci yerə çıxmasına kömək edib.