Rusiyanın Tambov vilayətində “Lada Priora” markalı avtomobilin sürücüsü piyada keçidində izdihamı vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Miçurinsk şəhərində qeydə alınıb.
Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılarda baş zədələri, döş qəfəsinin əzilməsi və sıyrıqları var.
Üç zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Görüntüləri təqdim edirik: