Böyrəyindəki  daşı götürüldü,  iki dünya rekordu  qırdı
27 noyabr 2024 17:49 (UTC +04:00)

Böyrəyindəki daşı götürüldü, iki dünya rekordu qırdı

Şri-Lankadan olan 62 yaşlı təqaüdçü Kanistus Kunge böyrək daşlarını çıxarmaq üçün əməliyyat olunub. Sağ böyrəkdən çıxarılan daş bir anda iki dünya rekordu qırıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu, dünyada qeydə alınan ən böyük böyrək daşıdır.

Onun uzunluğu 13,37, eni isə 10,55 santimetr olub, bu, Kungenin uzunluğu 11,8 santimetr olan böyrəyindən belə böyükdür.

Bundan əlavə, Kungenin böyrək daşı 800 qram ağırlığında olduğu üçün dünyanın ən ağırı kimi qeydə alınıb. Bu, təxminən beş beysbol topu ilə eyni ağırlığa malikdir.

Bundan əvvəl rekordçu titulu pakistanlı vəzir Məhəmmədin böyrəyindən çıxarılan daşa aid idi. Həkimlər 2008-ci ildə daşı çıxardıqdan sonra onun çəkisinin 620 qram olduğunu müəyyən ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Ləman Sərraf

Oxşar yazılar