Sevgililərini illərlə əsir  saxlayan kişi "dəlixana"ya atıldı
27 noyabr 2024 12:50 (UTC +04:00)

Sevgililərini illərlə əsir saxlayan kişi "dəlixana"ya atıldı

Rusiyanın Çelyabinsk vilayətində qadın qaçırmaqda təqsirləndirilən Vladimir Çeskidova məcburi müalicə təyin edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaq və məhkəmə yalnız iki zərərçəkənin olduğunu müəyyən edib. Çeskidov birincisi ilə 2008-2009-cu ilin avqustu arasında tanış olub. Qadını evə gətirib və 2011-ci ilin aprel ayına kimi orada saxlayıb. Onların arasında münaqişə yaranıb, o, əsir qadını döyüb, hadisədən sonra onu xilas etmək mümkün olmayıb.

O, 2009-cu ildə başqa bir qadını qaçırıb. Onu 13 il öz evində saxlayıb, sistemli şəkildə döyüb və zorlayıb. Birinci qurbandan fərqli olaraq, bu qadın qaça bilib.

Müayinə zamanı məlum olub ki, həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir və əməlinin təhlükəli olduğunu dərk etməyib.

Məhkəmənin hökmü ilə həmin şəxsə intensiv nəzarət altında olan ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Hadisə yalnız ötən ilin avqustunda, ikinci əsir qaçandan sonra məlum olub. Bu ilin iyununda keçirilən məhkəmə iclasında Çeskidov günahını etiraf etməyib və zərərçəkmişdən üzr istəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar