Bir qrup elm adamının apardığı yeni araşdırma göstərib ki, bəzi hallarda spirt xərçəngi, xüsusən də limfomaları aşkar etməyə kömək edir.
Limfoma limfa sisteminin hüceyrələrinə təsir edən və boyun, qasıq və qoltuq altındakı genişlənmiş limfa düyünləri ilə xarakterizə olunan xərçəng növüdür.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu xəstəliyin əlamətləri spirt istehlakı ilə bağlı ola bilər və xüsusilə hər yaşda inkişaf edə bilən limfoma növü olan Hodjkin limfoması olan xəstələrdə inkişaf edir.
Oksford Universiteti hospitalından doktor Qrem Kollinz izah edib ki, limfa xərçəngi olanda limfa düyünləri anormal hüceyrələrlə dolur və spirt içmək bu düyünlərə əlavə təsir göstərə bilər.
Araşdırmalar göstərib ki, bu xərçəng növü olan iyirmi nəfərdən biri spirtli içki qəbul etdikdən sonra ağrı hiss edə bilər. Ağrı adətən genişlənmiş limfa düyünlərinin yerləşdiyi bölgədə cəmlənir.
Bundan əlavə, Hodjkin limfoması olan qadınların alkoqol ilə əlaqəli ağrılara kişilərə nisbətən daha yüksək həssaslığı var. Likör şokoladında olanlar kimi kiçik miqdarda spirt belə ağrıya səbəb ola bilər. Ağrının təbiəti özü "boğuq"dan "kəskin"ə qədər dəyişə bilər.