Böyrək sağlamlığını   gözdən də bilmək olur
06 dekabr 2023 16:04 (UTC +04:00)

Böyrək sağlamlığını gözdən də bilmək olur

Alimlər böyrək sağlamlığının vəziyyətini göz müayinəsi ilə qiymətləndirməyin yolunu tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Edinburq Universitetinin tədqiqatçıları göz damarlarının 3D müayinəsi əsasında böyrək sağlamlığının qiymətləndirilməsi üçün yeni üsul hazırlayıblar. 

Göz bədənin yeganə hissəsidir ki, müayinə edildikdə mikrovaskulyar dövran adlanan əsas prosesi müşahidə edə bilir. Kiçik damarlarda qan axını tez-tez müxtəlif böyrək xəstəliklərində pozulur. Tədqiqatçılar, optik koherens tomoqrafiya (OCT) adlı texnologiyadan istifadə etməklə çəkilmiş tor qişanın 3D görüntülərinin böyrək sağlamlığını qiymətləndirmək üçün istifadə oluna biləcəyini öyrənməyə çalışıblar. OTC skanerləri torlu qişanın hər bir təbəqəsinin (gözün işığa həssas təbəqəsi) en kəsiyi şəklini yaratmaq üçün işıq dalğalarından istifadə edir.

Komanda böyrək xəstəliyi olan və əvvəllər orqan transplantasiyası keçirmiş 204 xəstənin OKT şəkillərini tədqiq edib. Tədqiqatda 86 sağlam könüllü də iştirak edib. Məlum olub ki, böyrək xəstəliyindən əziyyət çəkən insanlarda tor qişanın xoroidi sağlam insanlara nisbətən daha incə olub. 

Alimlər ümid edirlər ki, böyrək sağlamlığına nəzarət etmək üçün bu qeyri-invaziv üsul elmi ictimaiyyət tərəfindən qəbul edilərək geniş yayılacaq. 

# 3234
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15