Alzheimer xəstəliyinin müalicəsi üçün yeni dərman təsdiqləndi
07 yanvar 2023 07:13 (UTC +04:00)

Alzheimer xəstəliyinin müalicəsi üçün yeni dərman təsdiqləndi

ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün “Leqembi” preparatının istifadəsinə sürətləndirilmiş icazə verib.

Lent.az-ın məlumatına görə, bu barədə idarənin rəsmi saytında məlumat verilib.

Saytda deyilir ki, "Bu müalicə üsulu təkcə xəstəliyin simptomlarını aradan qaldırmağa deyil, həm də onun əsas prosesi ilə mübarizə aparmağa yönəlmiş ən son terapiyadır".

Preparat əhalinin yüksək tələbatı və sübut edilmiş effektivliyi səbəbindən sürətləndirilmiş əsasda təsdiq edilib.

Dərmanın tədqiqi yüngül koqnitiv pozğunluğu olan 865 xəstə üzərində sınanıb və müsbət nəticə əldə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar