Qızartmadan əvvəl kartofu niyə islatmaq  lazımdır?
06 yanvar 2024 15:18 (UTC +04:00)

Qızartmadan əvvəl kartofu niyə islatmaq lazımdır?

Qızartma üçün kartofları bişirməzdən əvvəl suda islatsanız daha dadlı çıxacaq.

Lent.az xəbər verir ki, bunu artıq uzun illərdir peşakar aşpazlar təsdiqləyib.

Bəs, kartofu necə islatmaq olar?

Zərərli maddələri və artıq nişastanı çıxarmaq üçün kartofu islatmaq mütləq lazımdır. Kartofu soyun, zolaqlara kəsin, dərin bir qaba yaxud qazana qoyun və soyuq su ilə doldurun.

Təcrübəli aşpazlar kartofu su bulanıqlaşana qədər, təxminən bir saat yarımdan iki saata qədər islatmağı məsləhət görürlər.

Bu müddətdən sonra suyu boşaldın və kartofu bir neçə dəfə soyuq su ilə yuyun. Daha sonra qızardın. Nəticədən çox razı qalacaqsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36492
avatar

Sevinc Fərid

Oxşar yazılar