Rusiyada neft emalı zavodu  dronlarla vuruldu
10 may 2024 08:09 (UTC +04:00)

Rusiyada neft emalı zavodu dronlarla vuruldu

Rusiyanın Kaluqa vilayətində neft emalı zavodu Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sakinlər bildirib ki, əvvəlcə zavod ərazisində partlayışlar eşidilib, daha sonra isə yanğın başlayıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Kaluqa vilayətinin rəhbəri pilotsuz uçuş aparatının zavodu vurduğunu təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar