Bakıda maşını oğurlayıb hissələrini sökdülər
10 may 2024 13:26 (UTC +04:00)

Bakıda maşını oğurlayıb hissələrini sökdülər

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfadar Axundov müəyyən olunaraq saxlanılıb. Avtomobil onun yaşadığı evin həyətindən kapotu və təkərləri sökülmüş vəziyyətdə aşkarlanıb.

Araşdırma aparılır.

# 1530
avatar

Oxşar yazılar