"Kiçik Paris":  Avropada tətil üçün ən ucuz şəhər
10 may 2024 10:52 (UTC +04:00)

"Kiçik Paris": Avropada tətil üçün ən ucuz şəhər

Buxarestdə mehmanxanalar və restoranlarda yeməklər üçün ən yaxşı qiymətlər var.

Bir çox ekspert və səyahətçinin “kiçik Paris” adlandırdığı Rumıniyanın paytaxtı Buxarest 2024-cü ilin yayında az büdcəli şəhər tətili - bir neçə günlük tətil üçün Avropanın ən yaxşı şəhəri kimi tanınıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, son araşdırmaya görə, xüsusən də otellər və restoranlarda yemək üçün ən yaxşı qiymətlər Buxarestdədir.

Eyni zamanda, şəhərin turistlərə əyləncə baxımından təklif edəcəyi çox şey var - Avropanın ən yaxşı termal hovuzları və spalarından tutmuş çox rəqabətli qiymətlərlə dəbdəbəli orijinal arxitekturaya qədər. Bundan əlavə, Rumıniya bu il Şengenə qismən qoşulduğundan, turistlərin oraya getməsi indi daha asandır.

2024-cü ilin yayında şəhər tətili üçün Avropanın ən ucuz 10 şəhəri

1. Buxarest, Rumıniya

2. Krakov, Polşa

3. Sevilya, İspaniya

4. Praqa, Çexiya

5. Varşava, Polşa

6. İstanbul, Türkiyə

7. Riqa, Latviya

8. Frankfurt am Main, Almaniya

9. Porto, Portuqaliya

10. Valensiya, İspaniya

# 2016
avatar

Fidan İlqar

Oxşar yazılar