Narkotik satan keçmiş məhkumlar tutuldu
10 may 2024 09:20 (UTC +04:00)

Narkotik satan keçmiş məhkumlar tutuldu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuşlar – Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

# 1332
avatar

Oxşar yazılar