Bakıda küçədə dava: 20 yaşlı oğlan bıçaqlandı
10 may 2024 02:12 (UTC +04:00)

Bakıda küçədə dava: 20 yaşlı oğlan bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma olub.

Lent.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü İsgəndərli Əli Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 3288
avatar

Oxşar yazılar