Köşk sahibini bıçaqlayan azərbaycanlı oteldə tutuldu
10 may 2024 13:04 (UTC +04:00)

Köşk sahibini bıçaqlayan azərbaycanlı oteldə tutuldu

Türkiyədə cinayət törədən azərbaycanlı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib. Burada azərbaycanlı 35 yaşlı B.İ. ilə köşk sahibi arasında münaqişə yaşanıb. Münaqişə zamanı B.İ. qarşı tərəfi bıçaqlayaraq, qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində B.İ. qaldığı oteldə saxlanılaraq, istintaqa cəlb olunub. O, məhkəmə qərarı ilə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Mehman Nəbiyev

Oxşar yazılar