UEFA Avropa Liqasının finalçıları müəyyənləşib.
Lent.az xəbər verir ki, "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivi ilə görüşüb "Roma" (İtaliya) isə Almaniyada "Bayer 04"ün qonağı olub.
Gərgin keçən oyunlarda qapılara yeddi qol vurulub.
90 dəqiqqənin tamamnda "Atalanta" və "Bayer 04" həlledici mərhələyə adlayıb. Bununla "Atalanta" tarixində ilk dəfə avrokuboklarda final oynayacaq. "Roma" ilə oyunda son anda məğlubiyyətdən qurtulan "Bayer 04" isə bu nəticə ilə 49 oyundur ki, uduzmur.
Qeyd edək ki, final qarşılaşması mayın 22-də Dublin şəhərində keçiriləcək.
"Atalanta" 3:0 "Marsel" (İlk oyun - 1:1)
"Roma" 2:2 "Bayer 04" - (İlk oyun - 0:2)
UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gəlib.
İlk oyunda İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxışla yadda qalıb.
Liman şəhəri Pireyin (Piraeus) Georgios Karaiskakis stadionunda keçirilən matçda yunanlıllar 2 cavabsız qolla qalib olub.
Bu nəticə ilə "Olimpiakos" finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.
Final qarşılaşması mayın 29-da Afinadakı OPAP Arenada baş tutacaq.