Mesajlaşma tətbiqi “WhatsApp”ın aylıq aktiv istifadəçilərinin sayı 3 milyardı ötüb və bu tətbiqi şirkətin süni intellekt strategiyası üçün əsas platformaya çevirib.
Lent.az xəbər verir ki, bunu “Meta” şirkətinin baş direktoru Mark Zukerberq açıqlayıb.
Zukerberq bu barədə şirkətin 2025-ci ilin birinci rübünün nəticələrinin qiymətləndirildiyi konfrans zamanı bildirib.
“WhatsApp” 2020-ci ildə aylıq 2 milyard aktiv istifadəçiyə çatdı və bu son nailiyyəti ilə Facebook ilə birlikdə 3 milyard istifadəçini keçən nadir tətbiqlərdən biri oldu.”, - o deyib.