Almaniya Bundesliqasında 32-ci turun görüşləri davam edir.
Lent.az xəbər verir ki, günün son oyununda Dortmund "Borussiya"sı doğma meydanda "Volfsburq"la qarşılaşıb.
Seru Qirassi və Kərim Adeyeminin dublu "Dortmund"a 3 xalı gətirib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.
Turun digər oyununda Münxenin “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 3:3.