"Mançester Yunayted"də baş məşqçiliyə əsas namizədlər  AÇIQLANDI
10 may 2024 10:41 (UTC +04:00)

"Mançester Yunayted"də baş məşqçiliyə əsas namizədlər AÇIQLANDI

"Mançester Yunayted" komandanın baş məşqçisi Erik ten Haqın yerinə prioritet namizədləri müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hazırda komandanın baş məşqçisi postuna əsas namizədlər Qaret Sautqeyt və Tomas Tuçeldir.

Ten Haq 2022-ci ilin yayında Hollandiyanın “Ayax” klubundan keçərək "Mançester Yunayted"in baş məşqçisi olub. Ümumilikdə 53 yaşlı mütəxəssis bütün turnirlərdə 110 oyun keçirib ki, bunun da komandası 65-də qalib gəlib, 15-də heç-heçə edib, 30-da isə uduzub.

İngiltərə Premyer Liqasının 35 turundan sonra mankunianlılar 54 xal toplayıb və səkkizinci pillədə qərarlaşıb. Mövsümün sonuna qədər Premyer Liqanın qalan matçlarında "Mançester Yunayted" "Arsenal", "Nyukasl" və "Brayton"la qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4515
avatar

Oxşar yazılar