İçərisində 20 sərnişin olan  avtobus çaya düşdü, 3 ölü var - HADİSƏ ANI
10 may 2024 15:16 (UTC +04:00)

İçərisində 20 sərnişin olan avtobus çaya düşdü, 3 ölü var - HADİSƏ ANI

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində içərisində təxminən 20 nəfərin olduğu sərnişin avtobusu körpüdən Moika çayına düşüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə gecə saat 1 radələrində Bolşaya Morskaya küçəsində baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

“İlkin məlumatlara görə, fövqəladə hadisə zamanı avtomobildə 20-yə yaxın insan olub”, - Daxili İşlər Nazirliyindən bildirilib.

Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.
 

# 2217
avatar

Oxşar yazılar